Bu gün saat 10:00-da Sumqayıt şəhərində tikintisi dondurulmuş və başa çatdırılmamış obyekt hərraca çıxarılacaq.
Hərraca çıxarılan əmlak 1242 mənzildən ibarət yaşayış kompleksinin yarımçıq tikilisidir. Obyekt Sumqayıt şəhərində, Xovlu İplik Fabrikinin cənub hissəsində yerləşir. Sifarişçi təşkilat AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi-dir.
Məlumata görə, özəlləşdirilən torpaq sahəsi 30 min kvadratmetr təşkil edir. Əmlakın ilkin satış qiyməti 13 milyon 370 min manat, torpaq sahəsinin ilkin qiyməti isə 1 milyon 500 min manat müəyyən edilib. Beləliklə, hərraca çıxarılan ümumi ilkin satış qiyməti 14 milyon 870 min manatdır. Hərracda iştirak üçün tələb olunan 10 faiz beh məbləği 1 milyon 487 min manat təşkil edir.
Qeyd edək ki, hərrac Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin inzibati binasında keçiriləcək.
MONETAR.AZ