Avropada qaz bahalaşdı – Yaxın Şərqdəki gərginlik qiymətə təsir etdi

Avropada qaz bahalaşdı –
13 İyun 2025 10:40

Avropada təbii qazın qiyməti artmağa başlayıb. Qiymətlərdəki bu yüksəlişin əsas səbəbi İsrail və İran arasında münasibətlərin gərginləşməsidir.

London ICE birjasının məlumatına görə Niderlandın TTF qaz habında iyul ayı üzrə fyuçerslər 4,5% bahalaşıb. Hazırda 1000 kubmetr qazın qiyməti 453 dollar səviyyəsindədir.

Ekspertlər bildirirlər ki, Orta Şərqdə gərginliyin artması enerji nəqli marşrutlarına və təchizat zəncirlərinə təsir edə bilər. Xüsusilə İran körfəzi və Hörmüz boğazı ətrafında yaranan istənilən təhlükə qlobal enerji bazarlarında riskləri artırır. Bu isə təkcə neft deyil, təbii qaz qiymətlərinə də təzyiq yaradır.

Son aylar Avropada qaz qiymətləri nisbətən sabit qalsa da, Yaxın Şərqdəki istənilən geosiyasi hadisə bazarlarda ani reaksiya doğurur. Hazırda qaz ehtiyatlarının səviyyəsi yetərli olsa da, növbəti aylarda yeni dalğalanmalar istisna edilmir.

Beynəlxalq enerji müşahidəçiləri bildirirlər ki, əgər siyasi gərginlik artaraq silahlı toqquşmalara çevrilərsə və ya enerji infrastrukturlarına təhdid yaranarsa, qaz qiymətlərində daha böyük sıçrayışlar baş verə bilər.

MONETAR.AZ


Oxşar xəbərlər