Brent nefti 70 dollarlıq psixoloji həddi keçdi

Brent nefti 70 dollarlıq
12 İyun 2025 09:03

MONETAR.AZ

Beynəlxalq enerji bazarında neftin qiyməti yenidən yüksəlişə keçib. Brent markalı neftin avqust ayı üzrə fyuçerslərinin qiyməti iki aylıq fasilədən sonra ilk dəfə 70 dollar səviyyəsini keçib.

 ICE birjasında Brent neftinin bir barelinin qiyməti 5,11 % artaraq 70,20 dollara çatıb. Bu sonuncu dəfə 4 aprel tarixində müşahidə olunmuşdu.

Eyni zamanda, WTI markalı neftin iyul fyuçersləri də bahalaşıb – 5,08 % artaraq 68,28 dollar səviyyəsinə qalxıb.


Oxşar xəbərlər