Neft 60 faiz bahalaşa bilər

Neft 60 faiz
16 İyun 2025 11:51

Neft bazarlarında qiymətlər artmaqda davam edir. Qlobal geosiyasi və iqtisadi faktorlar fonunda birja iştirakçılarının neftə marağı artıb.

ICE London qitələrarası birjasında “Brent” markalı neftin 2025-ci ilin avqust ayı üzrə fyuçers qiyməti 0,57% artaraq bir barel üçün 74,65 ABŞ dollarına çatıb.

Eyni zamanda, Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin avqust ayı üzrə fyuçersləri 0,73% bahalaşaraq 71,81 ABŞ dolları təşkil edib.

Qiymət artımı, əsasən, təchizatda qeyri-müəyyənlik və istehlak tələbindəki mövsümi artımla əlaqələndirilir.

Bahalaşma əsasən İsrail-İUran müharibəsi ilə əlaqələndirilir.

"JPMorgan Chase & Co." proqnozlaşdırır ki, Hörmüz boğazının bağlanması neftin beynəlxalq qiymətlərinin bir barel üçün 130 dollara qədər yüksəlməsinə səbəb ola bilər. Bu da indiki qiymətlərdən 60 faiz yüksəkdir.

"Bloomberg Intelligence" ABŞ xam neftinin bir barelinin 125 dollara qədər bahalaşa biləcəyini proqnozlaşdırır. Neftin qiymətinin qalxması bütün dünyada inflyasiya təzyiqlərini daha da gücləndirmək riski daşıyır.

MONETAR.AZ


Oxşar xəbərlər