2025-ci ildə Çində ümumi gücü 382 giqavat olan günəş elektrik stansiyaları istifadəyə verilib. Almaniyanın BSW Solar təşkilatının məlumatına görə, bu göstərici ilə Çin dünyada birinci yerdə qərarlaşıb və ilk onluğa daxil olan digər ölkələrin ümumi nəticəsini belə geridə qoyub.
Reytinqdə ikinci yeri 45,7 giqavat göstərici ilə Hindistan tutur. Sonrakı pillələrdə 43,2 giqavatla ABŞ və 17,6 giqavatla Almaniya yer alır.
BSW Solar-ın rəhbəri Karsten Körniq bildirib ki, Almaniyada günəş enerjisi qurğularının quraşdırılması bu il bir sıra amillərdən mənfi təsirlənib. Onun sözlərinə görə, buna əsasən İran ətrafındakı hərbi gərginlik və günəş energetikasına ayrılan subsidiyaların azaldılması səbəb olub.
Çin son illərdə alternativ enerji mənbələrinin inkişafı sahəsində mütəmadi olaraq rekordlar müəyyənləşdirir. 2025-ci ilin iyun ayında Asiya Cəmiyyəti Siyasəti İnstitutu da ölkədə yeni günəş və külək elektrik stansiyalarının tikintisinin rekord həddə çatdığını bildirmişdi.
Hazırda Çin həm günəş enerjisi istehsalı, həm də bərpaolunan enerji infrastrukturunun genişləndirilməsi sahəsində qlobal lider mövqeyini qoruyub saxlayır.
MONETAR.AZ