Yaxın Şərqdəki gərginlik fonunda qlobal yanacaq bazarlarında ciddi qiymət artımları qeydə alınıb. Ən kəskin bahalaşma dizel yanacağında müşahidə olunur.
Araşdırmalara əsasən, 2026-cı il 23 fevral – 1 iyun dövründə ən yüksək artım Laosda qeydə alınıb. Ölkədə dizelin qiyməti 149,7 faiz yüksəlib. Bundan əlavə, bir sıra ölkələrdə də kəskin bahalaşma qeydə alınıb: Fici (+110,1%), Myanma (+85,6%), Lesoto (+84,4%), İndoneziya (+80,1%), BƏƏ (+71,8%), Yeni Zelandiya (+70,6%), Peru (+64,5%), Malayziya (+62,9%) və Tanzaniya (+60,4%).
ABŞ-da dizel 40,5 faiz, Böyük Britaniyada 30,1 faiz, Çində 28,6 faiz, Cənubi Koreyada isə 26,3 faiz bahalaşıb.
Dizel qiymətlərinin artması təkcə nəqliyyat sektoruna deyil, həm də kənd təsərrüfatı, tikinti və sənaye sahələrinə birbaşa təsir göstərir və ümumi inflyasiya təzyiqlərini gücləndirə bilər.
Bəzi neft ixrac edən ölkələrdə isə vəziyyət nisbətən sabit qalıb. Səudiyyə Ərəbistanı, Küveyt, Oman və Əlcəzairdə daxili qiymət tənzimləmələri qlobal enerji şokunun təsirini yumşaldıb.
MONETAR.AZ