Çini neftlə təmin edən ölkələr - İran və Venesuela siyahıda yoxdur

Çini neftlə təmin edən ölkələr -

2025-ci ildə Çin-in xam neft idxalında əsas tədarükçüləri Rusiya, Səudiyyə Ərəbistanı, Malayziya, İraq və Braziliya olub. Bu ölkələr birlikdə Çinin ümumi neft idxalının 62 faizini təmin edib.

Məlumata əsasən, ən böyük tədarükçü Rusiya olub və 100,9 milyon ton ixracla 17,4 faiz paya malikdir. İkinci yerdə Səudiyyə Ərəbistanı (80,8 milyon ton – 14 faiz) qərarlaşıb.

Növbəti sıralamada Malayziya və İraq (müvafiq olaraq 64,7 və 64,6 milyon ton – hər biri 11,2 faiz) yer alıb. Beşinci sırada isə Braziliya (47,2 milyon ton – 8,2 faiz) gəlir.

Həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Oman da əsas tədarükçülər sırasında yer alaraq Çinin idxal strukturunda mühüm paya sahib olublar.

Top onluğa Anqola və Küveyt də daxil edilib.

Məlumatda qeyd olunur ki, sanksiyalar altında olan İran və Venesuela rəsmi rəqəmlərdə əsas ixracçılar sırasında görünməsə də, onların neftinin üçüncü ölkələr vasitəsilə (xüsusilə Malayziya adı altında) rebrendinq edilərək bazara daxil olduğu ehtimal edilir.

Ümumilikdə, Çin neft təchizatını geniş coğrafi mənbələr hesabına diversifikasiya edib və heç bir ölkənin payı 20 faizi keçmir. Bu isə ölkənin enerji təhlükəsizliyini gücləndirən əsas amillərdən biri kimi qiymətləndirilir.

MONETAR.AZ