Saudi Aramco 1,6 trilyon dollarlıq şirkət dəyəri ilə dünyanın ən böyük neft və qaz şirkəti olaraq ilk pillədə qərarlaşıb. Şirkətin gəlirləri 446 milyard dollar təşkil edir.
Monetar.az xəbər verir ki, Multiples-in 20 sentyabr 2026-cı il tarixinə olan məlumatlarına görə, ikinci yerdə ABŞ-ın ExxonMobil şirkəti 672 milyard dollarlıq dəyərlə qərarlaşıb. Şirkətin gəlirləri 324 milyard dollar olub.
ABŞ-ın digər enerji nəhəngi Chevron 411 milyard dollarlıq dəyərlə üçüncü sıradadır. Şirkətin gəlirləri 184 milyard dollar təşkil edib.
Çinin PetroChina şirkəti 281 milyard dollar dəyərlə dördüncü yerdə qərarlaşıb. Maraqlıdır ki, şirkətin 427 milyard dollarlıq gəliri Aramco və ExxonMobil-dən sonra siyahıdakı ən yüksək göstəricilərdən biridir.
İlk beşliyi 271 milyard dollarlıq dəyərlə Britaniyanın Shell şirkəti tamamlayır. Şirkətin gəlirləri 267 milyard dollar təşkil edir.
Sonrakı yerlərdə Fransanın TotalEnergies şirkəti 201 milyard dollar, ABŞ-ın ConocoPhillips şirkəti 158 milyard dollar, Çinin CNOOC şirkəti 148 milyard dollar, Braziliyanın Petrobras şirkəti 129 milyard dollar və ABŞ-ın Marathon Petroleum şirkəti 119 milyard dollar dəyərlə qərarlaşıb.
Beləliklə, ilk 10 şirkətin ümumi bazar dəyəri 4,16 trilyon dollara çatır. Siyahıda ABŞ 4 şirkətlə ən çox təmsil olunan ölkədir. Çin və digər ölkələr isə enerji sektorunun iri dövlət və özəl şirkətləri ilə təmsil olunur.