26 məsələni müzakirə edib tətilə gedəcəklər

 26 məsələni müzakirə edib

Milli Məclisin növbədənkənar sessiyasının iyulun 14-də keçiriləcək son plenar iclasının gündəliyi açıqlanıb.

İclasın gündəliyinə ümumilikdə 26 məsələ daxil edilib.

Deputatlar "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa, "Dövlət qulluğu haqqında", "Media haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Aviasiya haqqında", "Yol hərəkəti haqqında", "Tibbi sığorta haqqında", "Balıqçılıq haqqında", "Toxumçuluq haqqında", "Kraudfandinq haqqında" və digər qanunlara dəyişiklikləri müzakirə edəcəklər.

Bununla yanaşı, gündəliyə Mülki, Cinayət, Vergi, Miqrasiya, Əmək və İnzibati Xətalar məcəllələrinə, eləcə də torpaq münasibətləri, qiymətli kağızlar bazarı, dövlət qulluğu, enerji effektivliyi, qaz təchizatı, icra və sahibkarlıq sahələrini əhatə edən qanunvericilik aktlarına dəyişikliklər barədə layihələr daxil edilib.

İclasda qanun layihələrinin əksəriyyətinə üçüncü oxunuşda baxılması, bəzi layihələrin isə birinci oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulur.

MONETAR.AZ