ABŞ Maliyyə Nazirliyi İranla bağlı sanksiya siyahısını genişləndirib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı məlumata əsasən, yeni sanksiya paketinə 8 İran vətəndaşı və İran, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə məxsus 4 şirkət daxil edilib.
Bundan əlavə, İranın “Mahan Air” aviaşirkətinə məxsus iki “Boeing 777-200ER” tipli təyyarə də sanksiya siyahısına əlavə olunub.
Rəsmi Vaşinqton sanksiyaların məqsədinin İranın müxtəlif sahələrdə fəaliyyət göstərən şəbəkələrinə təzyiqi artırmaq olduğunu bildirir.