Bakı–Şamaxı yolunda sürüşməyə görə magistral qismən bağlanıb

Bakı–Şamaxı yolunda sürüşməyə görə

Ağsu aşırımı ərazisində yenidən torpaq sürüşməsi aktivləşib. Güclü yağışlar nəticəsində Bakı–Şamaxı–Yevlax avtomobil yolunda dərin çatlar və asfalt örtüyündə çökmələr yaranıb.

“AzərTAC” xəbər verir ki, sürüşmə yolun 147-ci kilometrliyində qeydə alınıb. İki zolaqlı magistralın bir hissəsi bağlanıb, nəqliyyatın hərəkəti müvəqqəti olaraq bir zolaq üzrə təşkil edilib.

Ərazidə xəbərdaredici nişanlar quraşdırılıb, hərəkətə yol polisi nəzarət edir.

Qeyd edək ki, ötən ilin yazında da həmin ərazidə analoji torpaq sürüşməsi baş vermişdi.