İranın cənubunda partlayış səsləri eşidilib

İranın cənubunda partlayış

İranın cənub hissəsində yerləşən Bəndər Abbas şəhəri və Keşm adasında partlayış səslərinin eşidildiyi bildirilib.

Tesnim Xəbər Agentliyi yerli mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, hər iki ərazidə güclü partlayış səsləri qeydə alınıb.

Bəzi mənbələr partlayış səslərinin İran İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında icazəsiz hərəkət edən gəmilərə qarşı həyata keçirdiyi xəbərdarlıq əməliyyatları ilə bağlı ola biləcəyini iddia edir.

Digər məlumatlara görə, Keşm adasında yerləşən “Behmən” adlı sərnişin iskeleində də partlayış baş verib.

Hadisənin səbəbi, miqyası və mümkün nəticələri ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən dəqiq açıqlama verilməyib.

Müxtəlif versiyalar irəli sürülsə də, hadisənin detalları araşdırılır.

MONETAR.AZ