ABŞ dövlət katibi Marko Rubio Yaxın Şərqdəki müttəfiq ölkələrə ümumi dəyəri 25,8 milyard dollar olan silah satışını təsdiqləyib.
Bildirilir ki, satış paketinə yüzlərlə hava hücumundan müdafiə raketi və müxtəlif silah sistemləri daxildir.
Məlumata görə, ABŞ Dövlət Departamenti mayın 1-də Bəhreyn, İsrail, Küveyt, Qətər və Birləşmiş Ərəb Əmirlikləri üçün nəzərdə tutulan satışlara razılıq verib.
ABŞ Konqresindəki mənbə də qanunvericilərin Dövlət Departamentinin qərarı barədə məlumatlandırıldığını təsdiqləyib.
Qeyd olunur ki, ABŞ administrasiyası ötən həftə Bəhreyn istisna olmaqla, 8,6 milyard dollarlıq silah satışının sürətləndirildiyini açıqlamışdı. Hazırkı göstərici ilə əvvəlki rəqəm arasındakı fərqin texniki və tənzimləyici məsələlərlə bağlı olduğu bildirilir.
Müşahidəçilərin fikrincə, satış paketi ABŞ-ın bölgədəki müttəfiqlərinə dəstəyini nümayiş etdirir. Bununla yanaşı, silah və sursatın istehsal tempi ilə bağlı məhdudiyyətlər səbəbindən sifarişlərin çatdırılma müddəti ilə bağlı sualların qaldığı vurğulanır.
MONETAR.AZ