Bakıda Gələcəyin Peşələri Sammiti işə başlayıb

Bakıda Gələcəyin Peşələri Sammiti

Noyabrın 18-də Bakıda, “Gülüstan” sarayında Gələcəyin Peşələri Sammiti öz işinə başlayıb. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, sammitin rəsmi qonaqları tədbir başlamazdan əvvəl Azərbaycanda təhsil və təlim sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərin stendləri ilə tanış olublar.

Rəsmi açılış mərasimindən sonra sammit çərçivəsində müxtəlif mövzuları əhatə edən panel sessiyalar keçiriləcək. Sessiyalarda gələcəyin peşələri və əmək bazarı ilə bağlı məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.