Bakıda və Abşeronda yağış, bəzi rayonlarda leysan və sel ehtimalı var

Bakıda və Abşeronda yağış, bəzi rayonlarda

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimal edilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Məlumata görə, Azərbaycanın rayonlarında sentyabrın 29-dan 30-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Yüksək dağlıq ərazilərdə isə sulu qar və qar yağacağı gözlənilir.

Yağıntılı hava şəraitinin çaylarda sululuğun artmasına səbəb olacağı bildirilir. Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal edilir.