Şahmat üzrə ən gənc beynəlxalq qrossmeysterin adı məlum olub

Şahmat üzrə ən gənc beynəlxalq qrossmeysterin

Özbəkistanda keçirilən Şahmat Olimpiadasında Böyük Britaniyanı təmsil edən 11 yaşlı Bodhana Sivanandan qadınlar arasında beynəlxalq qrossmeyster (WGM) titulunu qazanan ən gənc şahmatçı olub.

Bodhana Sivanandan Səmərqənddə təşkil olunan Şahmat Olimpiadasında İngiltərə millisinin heyətində çıxış edib. O, turnirdə keçirdiyi 11 partiyada 8 xal toplayıb.

2015-ci ildə Londonda anadan olan Bodhana Sivanandanın valideynləri Hindistandan Böyük Britaniyaya köçüblər. “The Times” qəzetinin yazdığına görə, o, şahmat oynamağı ilkin olaraq YouTube videoları vasitəsilə müstəqil şəkildə öyrənib.

Gənc şahmatçı 2022-ci ildən etibarən beynəlxalq yarışlarda iştirak etməyə başlayıb. Qısa müddət ərzində yüksək nəticələr göstərən Sivanandan qadınlar arasında beynəlxalq qrossmeyster titulunu əldə etməklə şahmat tarixində yeni rekorda imza atıb.

MONETAR.AZ