Dördqat dünya çempionu üçün şans yarana bilər

Dördqat dünya çempionu üçün

İran yığmasının 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirakdan imtina edə bilər. Belə olan halda Beynəlxalq Futbol Federasiyası (FIFA) qitələrarası pley-off matçlarının təşkili variantı üzərində çalışacaq.

"RMC Sport" nəşrinin xəbərinə görə Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi İrana mane ola bilər.

Bu gərçək olarsa, təsnifat mərhələsini keçə bilməyən komandalar üçün turnirə qatılmaq şansı yaranacaq. Potensial pley-off qarşılaşmalarında Asiya Futbol Konfederasiyası (AFK) və Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) təmsil edən hər qitədən iki yığmanın iştirak edəcəyi gözlənilir.

Beləliklə, təsnifat mərhələsinin həlledici matçında Bosniya və Herseqovina komandasına məğlub olan İtaliya yığması dünya çempionatına vəsiqə uğrunda mübarizə aparmaq üçün daha bir qiymətli fürsət əldə edə bilər.