Moldova Respublikası Müstəqil Dövlətlər Birliyindən (MDB) rəsmi şəkildə çıxır. Prezident Maya Sandu təşkilatın Nizamnaməsinin və əsas müqavilələrinin denonsasiyası ilə bağlı fərmanları imzalayıb. Sənədlər “Rəsmi Monitor”da dərc olunub və qüvvəyə minib.
Moldpres xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, sənədlər dərc edildikdən sonra nazirlik MDB-ni rəsmi şəkildə məlumatlandıracaq və razılaşmalar 12 ay sonra qüvvədən düşəcək.
2026-cı il aprelin 2-də Moldova parlamenti ölkənin MDB-dən çıxmasını yekun şəkildə təsdiqləyərək təşkilatın nizamnaməsini denonsasiya edib. Bu addım ölkənin Qərbə yönəlmiş geosiyasi kursunu və sovet irsindən uzaqlaşma siyasətini rəsmiləşdirir.