Futbol üzrə 2026-cı il dünya çempionatının yarımfinal mərhələsində mübarizə aparacaq dörd komanda müəyyənləşib.
İyulun 14-də Fransa və İspaniya milliləri, iyulun 15-də İngiltərə və Argentina yığmaları mübarizə aparacaqlar. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Yarımfinal görüşlərinin qalibləri 19 iyul tarixində keçiriləcək final oyununda üz-üzə gələcək. Məğlub komandalar isə 18 iyul tarixində üçüncü yer uğrunda mübarizə aparacaqlar.