Çexiyada işsizlik səviyyəsi iyun ayında dəyişməyərək 4,8% təşkil edib. Bu barədə ölkənin Əmək Nazirliyinin açıqladığı məlumatda bildirilir. Göstərici analitiklərin proqnozları ilə üst-üstə düşüb.
Nazirliyin məlumatına əsasən, işə başlamağa hazır olan işsizlərin sayı may ayında qeydə alınan 358 852 nəfərdən iyunda 356 134 nəfərə enib. Eyni zamanda, ölkədə mövcud vakansiyaların sayı 94 380-dən 99 854-ə yüksəlib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin iyun ayında Çexiyada işsizlik səviyyəsi 4,2% olub. Həmin dövrdə iş axtaranların sayı 315 465 nəfər, vakansiyaların sayı isə 98 677 təşkil edib.
Çexiyada işsizlik göstəricisi 15–64 yaş arasında olan, dərhal işə başlamağa hazır işsiz şəxslərin sayının eyni yaş qrupundakı əmək qabiliyyətli əhaliyə nisbəti əsasında hesablanır.
Qeyd olunub ki, bu statistika milli metodologiya əsasında hazırlanır və Avrostatın (Eurostat) istifadə etdiyi metodologiyadan fərqlənir. Buna görə də Avrostatın açıqladığı işsizlik göstəriciləri adətən Çexiyanın milli statistikası ilə müqayisədə daha aşağı olur.
MONETAR.AZ