Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrasını təsdiqləyib

Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrasını

Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib.

Qanuna əsasən, ötən il dövlət büdcəsinin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 5,4%, təsdiqlənmiş proqnozla müqayisədə isə 2,2% çoxdur.

Dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat olub ki, bu da illik müqayisədə 2,4% artım deməkdir. Bununla yanaşı, xərclərin icrası proqnozdan 6,8% aşağı olub.

2025-ci ildə dövlət büdcəsinin profisiti 580 milyon manat və ya ümumi daxili məhsulun (ÜDM) 0,45%-i səviyyəsində formalaşıb. Profisitin yaranmasına büdcə gəlirlərinin proqnozu üstələməsi, eləcə də büdcə təşkilatlarının xərclərini nəzərdə tutulandan 2 milyard 803 milyon manat az icra etməsi səbəb olub.