2025-ci ildə Azərbaycan Çinin iqtisadiyyatına 9 milyon 957 min ABŞ dolları həcmində birbaşa investisiya qoyub ki, bu da 2024-cü illə müqayisədə 3,6 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Hesabat dövründə Azərbaycanın Çinə yönəltdiyi investisiyaların ümumi investisiya portfelindəki payı 0,2%-dən 0,4%-ə yüksəlib.
Eyni zamanda, Çin də Azərbaycana yatırımlarını artırıb. Belə ki, il ərzində Çin Azərbaycanın iqtisadiyyatına 26 milyon 895 min ABŞ dolları həcmində birbaşa investisiya yatırıb ki, bu da əvvəlki illə müqayisədə 53% çoxdur.
Hesabat dövründə Çinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmdə payı da 0,2%-dən 0,4%-ə qədər artıb.