2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda şəkər və qənd istehsalında ciddi artım qeydə alınıb. Statistik göstəricilərə əsasən, hesabat dövründə ölkədə 119,6 min ton şəkər istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz çoxdur.
Qida sənayesində ən yüksək artım məhz bu məhsul üzrə müşahidə edilib. Duru bitki yağlarının istehsalında da artım qeydə alınıb. Bu məhsul üzrə istehsal 30,5 faiz yüksələrək 18,3 min tona çatıb. Kolbasa məmulatlarının istehsalı isə 15,4 faiz artaraq 10,9 min ton olub.
Bununla yanaşı, marqarin istehsalında ciddi azalma müşahidə olunub. İstehsal ötən ilin eyni dövrünün cəmi 49,7 faizi səviyyəsində qalıb.
MONETAR.AZ