Bu ilin ilk rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 9,4 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22% azalma deməkdir.
Dövlət Gğmrük Komitəsinin məlumatına görə ixrac 15,6% azalaraq 5,4 milyard dollara düşüb. İdxalda isə daha kəskin eniş qeydə alınıb - 29,3% azalaraq 4 milyard dollar təşkil edib.
Azalma tendensiyasına baxmayaraq, ticarət balansında müsbət saldo qorunub. Hesabat dövründə xarici ticarətin müsbət saldosu 1,39 milyard dollar olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artım deməkdir.
Ümumilikdə göstəricilər xarici ticarət həcmlərində daralma fonunda ixracın idxalı üstələməsinin davam etdiyini göstərir.
MONETAR.AZ