Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi dünən yeni avtomobil istehsalçıları və nəqliyyat vasitələrinin təsdiqi ilə bağlı tələblərə yenidən baxıldığını elan edib. Yenilənmiş qaydalarda xüsusilə elektromobillərin təhlükəsizliyinə nəzarətin gücləndirilməsinə diqqət yetirilir.
2027-ci ildən qüvvəyə minəcək yeni tələblərə əsasən, avtomobil istehsalçıları bazarda satdıqları bütün elektromobillərin təhlükəsizlik vəziyyətini izləmək üçün monitorinq platformaları yaratmalı olacaqlar.
Nazirliyin açıqlamasına görə, bu monitorinq platformaları vasitəsilə toplanan məlumatlar nəqliyyat vasitələrinin dizaynının və texniki göstəricilərinin yaxşılaşdırılmasını dəstəkləmək məqsədilə istifadə ediləcək.
MONETAR.AZ