Fitch Türkiyənin inflyasiya proqnozunu artırdı, dollar 67 lirəyə qalxa lilər

Fitch Türkiyənin inflyasiya proqnozunu artırdı,

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarını yeniləyib. Qurum 2026-cı ilin sonu üzrə inflyasiya gözləntisini artırarkən, iqtisadi artım proqnozlarını da yüksəldib.

Fitch-in yenilənmiş hesabatına əsasən, 2026-cı ilin sonu üzrə inflyasiya proqnozu 25 faizdən 29,5 faizə qaldırılıb. Agentlik inflyasiyanın 2027-ci ilin sonunda 22,5 faizə, 2028-ci ilin sonunda isə 18 faizə qədər enəcəyini gözləyir.

Qurumun qiymətləndirməsinə görə, Türkiyədə pul-kredit siyasəti bu il də sərt olaraq qalacaq. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının siyasət faizinin 2026-cı ilin sonunda 35 faiz səviyyəsində olacağı, sonrakı illərdə isə tədricən azalacağı proqnozlaşdırılır. Faiz dərəcəsinin 2027-ci ilin sonunda 24,5 faizə, 2028-ci ilin sonunda isə 22 faizə enəcəyi bildirilir.

Fitch həmçinin ABŞ dollarının türk lirəsinə məzənnəsi ilə bağlı gözləntilərini açıqlayıb. Agentliyin proqnozuna görə, dollar/TL məzənnəsi 2026-cı ilin sonunda 51, 2027-ci ilin sonunda 59, 2028-ci ilin sonunda isə 67 səviyyəsində olacaq.

İqtisadi artım üzrə gözləntilər də yüksəldilib. Fitch Türkiyə iqtisadiyyatının 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə 4,4 faiz, 2028-ci ildə isə 3,8 faiz böyüyəcəyini proqnozlaşdırır.

Xatırladaq ki, agentlik mart ayında açıqladığı əvvəlki hesabatında Türkiyə iqtisadiyyatının 2026-cı ildə 2,6 faiz, 2027-ci ildə isə 3,5 faiz artacağını gözlədiyini bildirmişdi.

MONETAR.AZ