2026-cı il avqustun 1-nə Azərbaycanda kredit portfeli 34 milyard manatı keçib

2026-cı il avqustun 1-nə Azərbaycanda kredit portfeli

2026-cı il avqustun 1-nə Azərbaycanda bank və digər kredit təşkilatlarının iqtisadiyyata kredit qoyuluşlarının ümumi həcmi 34 milyard 155,1 milyon manata çatıb.

Mərkəzi Bankın məlumatına görə, kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz artıb. Ümumi kreditlərin 28 milyard 353,9 milyon manatı və ya 83 faizi uzunmüddətli kreditlərin payına düşüb. Qısamüddətli kreditlərin həcmi isə 5 milyard 801,2 milyon manat təşkil edib.

Hesabat dövründə kredit qoyuluşlarının əsas hissəsi bankların payına düşüb. Belə ki, ümumi kredit portfelinin 94 faizi banklar, 6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən formalaşdırılıb.

Kredit portfelinin artımı ilə yanaşı, ödəmə vaxtı keçmiş kreditlərin həcmində də əhəmiyyətli yüksəliş qeydə alınıb. Avqustun 1-nə vaxtı keçmiş kreditlərin məbləği 723 milyon manat təşkil edib. Bu göstərici bir il ərzində 36,6 faiz artıb.

Bununla belə, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 faiz səviyyəsində olub.

Məlumatlar göstərir ki, 2026-cı ilin avqust ayının əvvəlinə kredit bazarında əsas ağırlıq uzunmüddətli borclanmanın üzərində qalmaqda davam edib. Eyni zamanda, vaxtı keçmiş kreditlərin ümumi portfeldən daha sürətli artması bank sektorunda kreditlərin keyfiyyəti ilə bağlı göstəricilərin də diqqətdə saxlanıldığını göstərir.

 

MONETAR.AZ