Almaniyanın maliyyə naziri Lars Klinqbeyl bildirib ki, neft şirkətləri yanacaq qiymətlərindəki ucuzlaşmadan əldə olunan faydanı istehlakçılara ötürməlidir. O, bu açıqlamanı Reuters agentliyinə müsahibəsində verib.
Nazirin sözlərinə görə, hökumət İran ilə bağlı müharibənin yaratdığı enerji qiymət şokunun təsirlərini azaltmağa çalışır. Bu məqsədlə Almaniyada dizel və benzin üzrə enerji vergisi müvəqqəti olaraq litr başına təxminən 0,17 avro azaldılıb. Bu tədbir ümumilikdə təxminən 1,6 milyard avroya (1,88 milyard dollar) başa gəlir.
Enerji bazarındakı dalğalanmalar Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyaya da təsir edir. Ölkə pandemiyadan sonra iqtisadi artımı bərpa etməkdə çətinlik çəkir, yüksək xərclər və Çinlə rəqabət isə ixracyönümlü iqtisadi modelə əlavə təzyiq yaradır.
Qeyd edək ki, Klingbaylın təmsil etdiyi Sosial-Demokrat Partiyası mart ayında keçirilən regional seçkilərdə məğlub olub və kansler Friedrich Merzin rəhbərlik etdiyi mühafizəkarlarla birlikdə siyasi təzyiqlərlə üzləşir. Xüsusilə Almaniya üçün Alternativ partiyasının populyarlığının artması diqqət çəkir.
Enerji vergisinin azaldılması qərarı cümə günündən qüvvəyə minib və may-iyun ayları ərzində tətbiq olunacaq.
Nazir vurğulayıb ki, mövcud şəraitdə neft şirkətləri də sosial məsuliyyət daşımalı və qiymət endirimlərini istehlakçılara əks etdirməlidir.
MONETAR.AZ