Almaniyada illik inflyasiya sentyabrda 3,3 faizə yüksəlib

Almaniyada illik inflyasiya sentyabrda

Almaniyada istehlak qiymətlərinin artım tempi sentyabr ayında sürətlənib. Federal Statistika İdarəsinin (Destatis) bu gün açıqladığı yekun məlumatlara görə, Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri indeksi (HICP) illik müqayisədə 3,3% təşkil edib.

Açıqlanan yekun göstəricilər daha əvvəl təqdim edilmiş ilkin qiymətləndirmələri təsdiqləyib.

Sentyabrda qeydə alınan inflyasiya avqust ayının göstəricisindən yüksək olub. Belə ki, həmin ay Almaniyada uyğunlaşdırılmış istehlak qiymətləri indeksi illik ifadədə 2,9% təşkil etmişdi.

Avropa İttifaqına üzv ölkələrdə inflyasiya səviyyəsini müqayisə etməyə imkan verən HICP Avropa Mərkəzi Bankının pul-kredit siyasəti qərarlarında əsas göstəricilərdən biri hesab olunur.

Destatis sentyabr ayı üzrə inflyasiya məlumatlarını yekun olaraq təsdiqləyib.

MONETAR.AZ