Bu həftə Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsinin müzakirəsi davam etdiriləcək

Bu həftə Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsinin

Milli Məclisin noyabrın 16, 17 və 18-də keçiriləcək plenar iclaslarının gündəliyi açıqlanıb. Üç gün davam edəcək iclaslarda 2027-ci ilin dövlət büdcəsi və sosial fondların büdcə layihələri müzakirəyə çıxarılacaq.

Monetar.az xəbər verir ki, iclasların əsas mövzularından biri 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi olacaq.

Gündəlikdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcələri ilə yanaşı, gələn il üçün yaşayış minimumunun və ehtiyac meyarının həddinin müəyyənləşdirilməsi məsələləri də yer alıb.

Bundan başqa, deputatlar 2027-ci il üçün Milli Məclisin və Hesablama Palatasının xərclər smetalarını müzakirə edəcəklər.

Plenar iclasların gündəliyinə ümumilikdə 10 məsələ daxil edilib. Onlardan 8-i müxtəlif məcəllə və qanunlara dəyişikliklərlə bağlı qanun layihələridir.

Dəyişikliklər əmək, sosial müdafiə, təhsil, səhiyyə, vergi, gömrük, ekologiya, dövlət satınalmaları və digər sahələri əhatə edir. Bu qanun layihələrinin də birinci oxunuşda müzakirəsi nəzərdə tutulub.