Çin Xalq Bankı ardıcıl 20-ci ay qızıl ehtiyatlarını artırıb

Çin Xalq Bankı ardıcıl 20-ci ay qızıl

Çin Xalq Bankı iyun ayında da qızıl alışlarını davam etdirərək rəsmi qızıl ehtiyatlarını ardıcıl 20-ci ay artırıb.

Bu gün açıqlanan rəsmi məlumatlara əsasən, ölkənin qızıl ehtiyatları iyun ayının sonuna 75,44 milyon troy unsiyasına yüksəlib. Müqayisə üçün, bu göstərici may ayının sonunda 74,96 milyon troy unsiyası təşkil edirdi.

Bununla yanaşı, qızıl ehtiyatlarının bazar dəyəri qiymətli metalın qiymət dinamikasının təsiri ilə azalıb. Belə ki, iyun ayının sonuna ehtiyatların ümumi dəyəri 303,72 milyard ABŞ dolları təşkil edib. Bu göstərici may ayının sonundakı 340,75 milyard ABŞ dolları ilə müqayisədə aşağıdır.

MONETAR.AZ