Çexiyada inflyasiya iyun ayında zəifləyib

Çexiyada inflyasiya iyun ayında

Çexiya Statistika İdarəsi tərəfindən açıqlanan ilkin məlumatlara görə, iyun ayında ölkədə istehlak qiymətləri aylıq müqayisədə 0,3% azalıb. İllik inflyasiya isə may ayındakı 2,1%-dən 1,5%-ə enib.

İllik inflyasiya göstəricisi bazar gözləntilərindən aşağı olub. Analitiklər aylıq qiymətlərdə dəyişiklik olmayacağı təqdirdə illik inflyasiyanın 1,9% səviyyəsində formalaşacağını proqnozlaşdırırdılar.

Çexiya Statistika İdarəsi inflyasiya üzrə yekun məlumatları iyulun 10-da açıqlayacaq.

MONETAR.AZ