Bitcoin ABŞ-da listinq olunan spot bitkoin ETF-lərinə tələbatın artması fonunda Yaxın Şərqdə yenidən yüksələn geosiyasi gərginliyin bazarlara təsirini qiymətləndirən investorların diqqət mərkəzində qalır. Kriptovalyuta əvvəlki sessiyada əldə etdiyi qazancın bir hissəsini itirsə də, çərşənbə axşamı günü 63 min ABŞ dollarından yuxarı səviyyədə ticarət olunub.
Bitcoin saat 11:22-yə olan məlumata görə 0,4% bahalaşaraq 63 342,27 ABŞ dolları səviyyəsində ticarət edilib.
Ən iri kriptovalyuta son 24 saat ərzində 64 600 ABŞ dollarınadək yüksəlsə də, sonradan qazancının bir hissəsini geri verib.
MONETAR.AZ