Çinin tələbatı və ABŞ-da isti hava fonunda soya bahalaşır

Çinin tələbatı və ABŞ-da isti hava fonunda

Bu gün soya lobyasının qiyməti bir buşel üçün 24–35 sent artıb. Qiymət yüksəlişinə səbəb, hələlik real sövdələşmələr təsdiqlənməsə də, treyderlərin Çinin ABŞ-dan soya tədarükünü bərpa edə biləcəyi ilə bağlı gözləntiləri olub.

Çikaqo Əmtəə Birjasında soyanın noyabr fyuçersləri 34,5 sent bahalaşaraq bir buşel üçün 11,82 ABŞ dollarına yüksəlib.

Qiymətlərə əlavə dəstəyi ötən həftə ABŞ-ın mərkəzi və şərq bölgələrini əhatə edən anomal isti hava şəraiti göstərib. Yüksək temperatur kənd təsərrüfatı bitkilərinin inkişafı üçün mühüm vegetasiya dövrünə təsadüf etdiyindən məhsuldarlıqla bağlı narahatlıqları artırıb.

Treyderlərin sözlərinə görə, qiymət artımı, hər hansı təsdiqlənmiş ixrac müqaviləsi olmasa da, bazarda Çinin ABŞ soyasına tələbatının arta biləcəyi ilə bağlı formalaşan gözləntiləri əks etdirir.

MONETAR.AZ