“Bakı Ovuntu Metallurgiya” Açıq Səhmdar Cəmiyyəti 2025-ci il dekabrın 31-nə maliyyə hesabatlarını açıqlayıb.
Məlumata görə, cəmiyyətin aktivlərində struktur dəyişiklikləri müşahidə olunub. Belə ki, torpaq, tikili və avadanlıqlar üzrə göstərici əvvəlki illə müqayisədə azalıb, pul vəsaitləri isə artıb. Qısamüddətli öhdəliklərdə ciddi dəyişiklik qeydə alınmayıb.
Hesabat dövründə şirkətin əsas əməliyyat gəlirləri artaraq 313,5 min manat təşkil edib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 179,6 min manat olub.
Eyni zamanda, ümumi mənfəət 62,5 min manat, əməliyyat mənfəəti isə 51,6 min manat səviyyəsində qeydə alınıb.
Şirkətin xalis mənfəəti 2025-ci ildə artaraq 41,3 min manat təşkil edib. Bu rəqəm 2024-cü illə müqayisədə əhəmiyyətli artım deməkdir.
Pul vəsaitlərinin hərəkəti üzrə hesabatda da müsbət dinamika müşahidə olunub. Əməliyyat fəaliyyətindən əldə olunan nəticələrdə sabitlik qorunub.
Kapitalın dəyişməsinə dair hesabatda nizamnamə kapitalının 480 610 manat səviyyəsində sabit qaldığı göstərilir.
Auditor rəyinə əsasən, təqdim olunan maliyyə hesabatları müəssisənin maliyyə vəziyyətini və nəticələrini beynəlxalq standartlara uyğun şəkildə əks etdirir. Auditor hesabatında ciddi uyğunsuzluq və ya təhrif aşkarlanmadığı bildirilir.
Qeyd edilib ki, maliyyə hesabatları müəssisənin fasiləsiz fəaliyyət prinsipi əsasında hazırlanıb və istifadəçilər üçün ədalətli və düzgün maliyyə mənzərəsi təqdim edir.
MONETAR.AZ