Siemens Almaniyada enerji texnologiyalarına sərmayə yatıracaq

Siemens Almaniyada enerji texnologiyalarına

Siemens AG Almaniyada enerji infrastrukturunun inkişafını sürətləndirmək məqsədilə 300 milyon avro (təxminən 342 milyon ABŞ dolları) həcmində yeni investisiya proqramına başlayacağını açıqlayıb.

Şirkətin yaydığı məlumata görə, ayrılacaq vəsait qlobal enerji keçidi prosesini dəstəkləyən avadanlıqların, eləcə də süni intellekt texnologiyalarının tətbiq olunduğu məlumat emalı mərkəzləri üçün həllərin istehsal gücünün artırılmasına yönəldiləcək.

İnvestisiya proqramı çərçivəsində istehsal imkanlarının genişləndirilməsi ilə yanaşı, məşğulluğun da artırılması nəzərdə tutulur. Siemens 2030-cu ilin sonunadək Almaniyada təxminən 700 yeni iş yerinin yaradılacağını bildirib.

Şirkət hesab edir ki, bu investisiya həm Almaniyanın enerji transformasiyasına töhfə verəcək, həm də süni intellekt və rəqəmsal infrastruktur sahəsində artan qlobal tələbatın qarşılanmasına xidmət edəcək.

MONETAR.AZ