“Cənubtikintiservis” Açıq Səhmdar Cəmiyyətinin səhmdarları təkrar növbəti ümumi yığıncağa dəvət olunublar.
Məlumata görə, 2026-cı il iyunun 19-da keçirilmiş növbəti ümumi yığıncaq yetərsay olmadığından baş tutmayıb və buna görə də təkrar yığıncağın çağırılması zərurəti yaranıb.
Səhmdarların iştirakı ilə keçiriləcək iclas 14 avqust 2026-cı il saat 10:00-da Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 25 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə “Cənubtikintiservis” ASC-nin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi, eləcə də müşahidə şurasının tərkibinin və maliyyə-təftiş komissiyasının formalaşdırılması daxildir.
Şirkətdən bildirilib ki, səhmdarlar iclasa şəxsiyyət vəsiqəsi ilə, nümayəndələr isə qanunvericiliyə uyğun rəsmiləşdirilmiş etibarnamə əsasında qatıla bilərlər.
Təkrar ümumi yığıncaqda səhmdarların iştirakı vacib hesab edilir.
MONETAR.AZ