Dow Jones ilk dəfə 53 min bəndi keçib

Dow Jones ilk dəfə

 ABŞ fond bazarlarında əsas indekslər artım nümayiş etdirib. Ticarət zamanı sənaye indeksi Dow Jones tarixdə ilk dəfə 53 min bənd həddini keçib.

Məlumata görə, indeks gün ərzində maksimum 53 052,7 bənd səviyyəsinə yüksələrək rekord yeniləyib. Daha sonra isə 0,07% azalaraq 52 860,77 bənd səviyyəsində qərarlaşıb.

Digər əsas göstəricilərdə də artım qeydə alınıb. Nasdaq Composite 0,94%, S&P 500 isə 0,45% yüksəlib.

Analitiklər bildirirlər ki, ABŞ bazarlarında müşahidə olunan müsbət dinamika əsasən texnologiya sektorunda aktivliyin artması və investorların risk iştahının qorunması ilə əlaqələndirilir. Qeyd olunur ki, Dow Jones indeksinin rekord səviyyəyə yüksəlməsi qlobal maliyyə bazarlarında nikbin əhval-ruhiyyəni gücləndirib.

MONETAR.AZ