ABŞ-ın strateji neft ehtiyatı ən aşağı səviyyəyə düşüb

ABŞ-ın strateji neft ehtiyatı ən aşağı

ABŞ Energetika Nazirliyinin dünən açıqladığı məlumata görə, ölkənin Strateji Neft Ehtiyatı (SPR) 3 iyul tarixində başa çatan həftə ərzində 6,2 milyon barrel azalaraq 319,5 milyon barrelə enib. Bu, 1983-cü ilin aprel ayından bəri qeydə alınan ən aşağı göstəricidir.

Ehtiyatların azalması ABŞ hökumətinin İranla müharibədən sonra qlobal neft təchizatında yaranmış çatışmazlığın aradan qaldırılması və yanacaq qiymətlərinin sabitləşdirilməsi məqsədilə Strateji Neft Ehtiyatından ümumilikdə 172 milyon barrel neftin bazara buraxılması planı çərçivəsində baş verib.

Kommersiya ehtiyatları ilə Strateji Neft Ehtiyatı birlikdə nəzərə alındıqda, ABŞ-ın ümumi neft ehtiyatları fevralın sonunda müharibə başlayandan bəri 120,71 milyon barrel azalıb. İyunun 26-na olan məlumata əsasən, ümumi ehtiyatların həcmi 734 milyon barrel təşkil edib ki, bu da 1984-cü ildən bəri ən aşağı səviyyə hesab olunur.

MONETAR.AZ