“Bakı Ovuntu Metallurgiya” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı çağırılıb.
Məlumata görə, yığıncaq 5 sentyabr 2026-cı il saat 10:00-da Bakı şəhəri, Bakıxanov rayonu, Lətif Sultanov küçəsi 132 ünvanında keçiriləcək.
İclasın gündəliyinə direktorlar (müşahidə) şurasının tərkibinin və sədrinin seçilməsi, idarə heyətinin və onun sədrinin müəyyənləşdirilməsi, həmçinin cəmiyyətin illik hesabatının müzakirəsi və cari məsələlər daxildir.
Qeyd olunub ki, səhmdarların ümumi yığıncaqda iştirakı vacib hesab edilir.
MONETAR.AZ