Vergidən 9 milyard manata yaxın pul yığılıb

Vergidən 9 milyard manata yaxın
 Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz, proqnozla müqayisədə isə 1,6 faiz çoxdur.
Hesabat dövründə qeyri-neft-qaz sektorunun xətti ilə daxilolmalar ümumi vergi daxilolmalarında üstünlük təşkil edib. Belə ki, 6 aylıq vergi daxilolmalarının 7 milyard 67,4 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10,1 faiz, proqnoza qarşı isə 2,9 faiz çoxdur.
Qeyd edək ki, qanunvericiliyə əsasən, cari ildə Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə ümumilikdə 16,91 milyard manat vəsaitin köçürülməsi nəzərdə tutulur.
MONETAR.AZ