Azərbaycanda mal əti satınalması - Hansı rayon nə qədər ət alır?

Azərbaycanda mal əti satınalması -

2026-cı il üçün mal əti üzrə regionlar və şəhərlər arasında tələbat bölgüsü ölkə daxilində ərzaq təminatının miqyasını və strukturunu aydın şəkildə göstərir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-dən verilən məlumata görə ən yüksək tələbat Bakı şəhərinin Binəqədi rayonunda qeydə alınıb – 39 439,8 kq. Ardınca Xətai (38 722 kq), Şamaxı (38 380,67 kq), Yevlax (37 843,82 kq) və Sabirabad (37 824 kq) rayonları gəlir.

Orta yüksək tələbat qrupunda Bərdə (33 628,86 kq), Qax (32 051,5 kq), Sabunçu (30 604 kq), Mingəçevir (30 015,76 kq) və Balakən (28 695,25 kq) kimi bölgələr yer alır. Bu ərazilərdə həm əhali sıxlığı, həm də ictimai və sosial müəssisələrin ərzaq təminatı tələbatı yüksəkdir.

Siyahının orta və aşağı hissələrində Salyan, Nəsimi, Ağcabədi, Tovuz, Zəngilan və Qaradağ kimi rayonlar yer alır. Burada tələbat 19 min kq ilə 24 min kq aralığında dəyişir. Daha aşağı göstəricilər isə Xızı, Gədəbəy, Naftalan, Kəlbəcər və Hacıqabul kimi regionlarda müşahidə olunur.

Ən aşağı tələbat isə Ağdam (949 kq), Daşkəsən (1237 kq), Babək (1400 kq), Yardımlı (1563,1 kq), Sədərək (1600 kq) və Şabran (1867 kq) kimi kiçik və ya az əhali sıxlığı olan ərazilərdə qeydə alınıb. Siyahının ən son pilləsində cəmi 27 kiloqramla Xocavənd rayonu qərarlaşıb.

MONETAR.AZ