Türkiyənin Çay İşlətmələri Baş İdarəsi (ÇAYKUR) quru çayın satış qiymətlərini orta hesabla daha 15 faiz artırıb.
MONETAR.AZ xəbər verir ki, yeni qiymətlər iyulun 6-dan qüvvəyə minəcək və bütün quru çay növlərinə şamil olunacaq. Yenilənmiş qiymət siyahıları artıq topdansatış məntəqələrinə və distribütorlara göndərilməyə başlanıb.
Qeyd edək ki, cari ilin 8 aprel tarixində quru çayın qiyməti 10 faiz, 22 may tarixində isə daha 15 faiz artırılmışdı. Son qərarla birlikdə son üç ay ərzində quru çayın qiymətində ümumilikdə 45,5 faiz artım qeydə alınıb.
Bundan əvvəl, mayın 12-də Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi 2026-cı il üçün yaş çayın alış qiymətini ötən illə müqayisədə 37,6 faiz artıraraq hər kiloqram üçün 35 lirə müəyyən etmişdi.
MONETAR.AZ