Mərkəzi Bankın məlumatına əsasən, müddətli depozitlər 2 faiz artaraq 16,3 milyard manata yüksəlib. Eyni dövrdə cari depozitlər 5 faiz azalaraq 20,7 milyard manat olub. Bu, əmanət strukturunda vəsaitlərin daha sabit saxlanılan depozitlərə doğru qismən yönəldiyini göstərir.
Hüquqi şəxslərin ümumi depozitləri 20,1 milyard manat təşkil edib. Bu seqmentdə cari hesabların payı 72,3 faiz, müddətli depozitlərin payı isə 27,7 faiz olub ki, bu da biznes sektorunda likvidliyə üstünlük verildiyini göstərir.
Valyuta strukturuna görə, dövrün sonuna manatla depozitlər 23,8 milyard manat, xarici valyutada depozitlər isə 13,3 milyard manat ekvivalentində qeydə alınıb.
Fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 0,4 faiz bəndi azalaraq 30,4 faiz olub. Rezident fiziki şəxslərin əmanətlərində isə dollarlaşma sabit qalaraq 28 faiz səviyyəsində müşahidə edilib.
Depozitlər üzrə faiz göstəricilərində də dəyişikliklər qeydə alınıb. Manatla yeni cəlb olunmuş fiziki şəxslərin əmanət faiz dərəcələri 0,3 faiz bəndi azalıb. Hüquqi şəxslər üzrə manatla depozitlərin orta faiz dərəcəsi mart ayının sonuna 6,1 faiz təşkil edib.
Xarici valyutada yeni cəlb olunmuş əmanətlər üzrə fiziki şəxslərin faiz dərəcələri 0,5 faiz bəndi azalıb. Hüquqi şəxslər üzrə xarici valyutada depozitlərin orta faiz dərəcəsi isə 3,5 faiz olub.
MONETAR.AZ