Azərbaycanda 2026–2028-ci illər üzrə Baş Kollektiv Saziş imzalanıb Avropada qaz qiymətləri Tramp–Si görüşü fonunda artıb Mərkəzi Bank “E-Kredit” BOKT-un lisenziyasını ləğv edib Dövlət İmtahan Mərkəzi TOEFL iBT imtahanı keçirir Windows 11 bəzi tapşırıqlarda 40–70 faiz daha sürətli ola bilər Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılır Dubay maliyyə bazarında xarici kapitalın çıxışı sürətlənir "Şimal–Cənub" dəhlizi: Azərbaycanın logistik qovşaq kimi rolu möhkəmlənir Gümüş bazarı: qiymətlər artsa da, eniş riski aktualdır OPEC+ üçün "kağız üzərində" artım: faktiki bazar iflic vəziyyətindədir Azərbaycanda 2026–2028-ci illər üzrə Baş Kollektiv Saziş imzalanıb Avropada qaz qiymətləri Tramp–Si görüşü fonunda artıb Mərkəzi Bank “E-Kredit” BOKT-un lisenziyasını ləğv edib Dövlət İmtahan Mərkəzi TOEFL iBT imtahanı keçirir Windows 11 bəzi tapşırıqlarda 40–70 faiz daha sürətli ola bilər Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılır Dubay maliyyə bazarında xarici kapitalın çıxışı sürətlənir "Şimal–Cənub" dəhlizi: Azərbaycanın logistik qovşaq kimi rolu möhkəmlənir Gümüş bazarı: qiymətlər artsa da, eniş riski aktualdır OPEC+ üçün "kağız üzərində" artım: faktiki bazar iflic vəziyyətindədir

Mərkəzi Bank “E-Kredit” BOKT-un lisenziyasını ləğv edib

Mərkəzi Bank “E-Kredit” BOKT-un

Azərbaycan Respublikasının Mərkəzi Bankı bank olmayan kredit təşkilatlarına nəzarət tədbirləri çərçivəsində növbəti qərar qəbul edib. Məlumata görə, E-Kredit Bank olmayan kredit təşkilatı MMC-yə verilmiş lisenziya təşkilatın könüllü müraciəti əsasında ləğv olunub.

Qərar Mərkəzi Bankın İdarə Heyətinin 13 may 2026-cı il tarixli iclasında qəbul edilib. Bununla, şirkətə 24 iyul 2024-cü il tarixində təqdim edilmiş BKT-48 nömrəli lisenziyanın fəaliyyəti dayandırılıb. Mərkəzi Bank bildirib ki, qərar “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.1.1-ci maddəsinə uyğun olaraq qəbul edilib.

Qanunvericiliyə əsasən, lisenziyanın ləğvi barədə qərar qüvvəyə mindiyi andan etibarən bank olmayan kredit təşkilatı fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun qaydada ləğv edilir. Mərkəzi Bank qeyd edib ki, qərar mövcud qanunvericilik və “2024–2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” çərçivəsində maliyyə sektorunda nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

Qeyd edək ki, 2024-cü ildə Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Naxçıvanbank” ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə keçib. “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini lisenziyası ləğv edilmiş “Naxçıvanbank” ASC-nin əvvəlki hüquqi ünvanında (Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 27) həyata keçirib.

MONETAR.AZ


Oxşar xəbərlər