Microsoft-un hazırladığı "Low Latency Profile" texnologiyası Windows 11-in ən çox tənqid olunan tərəflərindən birini, interfeysdəki vizual ağırlaşmanı və proqramların gecikmə ilə açılmasını hədəf alır. Bu yenilik xüsusilə sistemin proqressivliyini artıraraq istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
"Low Latency Profile" (Aşağı Gecikmə Profili) mühərrikin iş prinsipinə bənzəyir: sistem dinc vəziyyətdə (idle) az enerji sərf edir, lakin istifadəçi bir hərəkət etdikdə (məsələn, siçan ilə menyuya kliklədikdə) dərhal reaksiya verir.
Sistem istifadəçinin klikini aşkar etdikdə, prosessorun tezliyini və prioritetini dərhal artırır. Bu sürətlənmə yalnız 1–3 saniyə davam edir. Bu müddət proqramın pəncərəsinin yüklənməsi və ya menyunun tam açılması üçün kifayətdir. Prosessorun bütün gücü həmin qısa anda sistemin UI (İstifadəçi İnterfeysi) elementlərinə yönəldilir.
Laboratoriya testləri göstərir ki, bu funksiya xüsusilə Microsoft-un öz ekosisteminə daxil olan ağır tətbiqlərdə effektivdir:
Əsas narahatlıq bu "boost" mexanizminin batareya ömrünü qısaltması ilə bağlı idi. Lakin texnologiya daimi deyil, qısa impulslarla işlədiyi üçün enerjiyə təsiri minimal səviyyədə saxlanılıb. Prosessorun cəmi bir neçə saniyəlik sürətlənməsi cihazın qızmasına səbəb olmur.
Bu yenilik Windows 11-in "ağır" interfeys imicini dəyişmək üçün strateji bir addımdır. Xüsusilə bir neçə ilin noutbuklarında və orta seqment kompüterlərdə istifadəçilər sistemin daha "yüngül" və daha "itigöz" olduğunu hiss edəcəklər.
Windows-un gələcək böyük yeniləmələrindən biri ilə (ehtimal ki, 24H2 və ya xüsusi bir servis paketi) bu funksiyanın bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir.
MONETAR.AZ