“Qaradağ” ASC-də zərərin bölüşdürülməsi məsələsinə baxılacaq

“Qaradağ” ASC-də zərərin bölüşdürülməsi

“Qaradağ” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Yığıncaq 30 iyun 2026-cı il saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə 2025-ci ilin yekunları üzrə Təftiş Komissiyasının hesabatının təsdiqi, mühasibat balansı və illik hesabatın müzakirəsi, həmçinin mənfəət və zərər hesabatının təsdiqi və zərərin bölüşdürülməsi məsələləri daxildir.

Səhmdarlar gündəlik üzrə materiallarla tanış olmaq üçün göstərilən ünvana müraciət edə bilərlər. Bildirilir ki, müraciət edən səhmdarlar üçün sənədlərlə tanış olmaq məqsədilə zəruri şərait yaradılacaq.

Cəmiyyətin Müşahidə Şurası illik ümumi yığıncaqda bütün səhmdarların iştirakının vacibliyini vurğulayıb.

MONETAR.AZ