Əfqanıstanın milli valyutası Əfqaninin ABŞ dollarına qarşı məzənnəsi son illərdə əhəmiyyətli dərəcədə möhkəmlənib. 2022-ci ildə 1 dollar təxminən 90 əfqani olduğu halda, 2026-cı ildə bu göstərici 65 əfqaniyə yaxınlaşıb.
Monetar.az xəbər verir ki, hazırda 1 ABŞ dolları təxminən 64,94 əfqani təşkil edir. Beləliklə, 2022-ci illə müqayisədə 1 dollar almaq üçün tələb olunan əfqani sayı təxminən 28% azalıb.
Bu dəyişiklik əfqanini son illərdə dollar qarşısında möhkəmlənən valyutalardan birinə çevirib. Məzənnənin möhkəmlənməsi ölkənin üzləşdiyi geniş iqtisadi problemlər fonunda xüsusilə diqqət çəkir. Əfqanıstan iqtisadiyyatında ciddi çətinliklər qalmasına baxmayaraq, milli valyutanın dollar qarşısında dəyər qazanması diqqətçəkən tendensiya kimi qiymətləndirilir.
Başqa sözlə, 2022-ci ildə 100 dollar almaq üçün təxminən 9 000 əfqani tələb olunurdusa, hazırkı məzənnə ilə bu məbləğ təxminən 6 494 əfqaniyə başa gəlir.