Azərbaycan Mərkəzi Bankının açıqladığı son statistik göstəricilər bank sektorunda regionlar üzrə əmanət faizlərinin fərqli mənzərəsini ortaya qoyub. 30 aprel 2026-cı il tarixinə olan məlumata görə, ölkə üzrə əmanətlərin orta illik faiz dərəcəsi 5.23% təşkil etsə də, bəzi iqtisadi rayonlarda bu göstərici əhəmiyyətli dərəcədə yüksəkdir.
Monetar.az xəbər verir ki, ən yüksək orta faiz dərəcəsi Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Bu regionda əmanətlər üzrə orta gəlirlilik 7.18% təşkil edib ki, bu da ölkə orta göstəricisindən təxminən 2 faiz bəndi çoxdur.
- Abşeron-Xızı – 7.18%
- Qazax-Tovuz – 6.83%
- Quba-Xaçmaz – 6.70%
- Mərkəzi Aran – 6.69%
- Lənkəran-Astara – 6.59%
- Gəncə-Daşkəsən – 6.51%
- Dağlıq Şirvan – 6.20%
- Mil-Muğan – 5.86%
- Şəki-Zaqatala – 5.83%
- Qarabağ – 5.58%
- Xankəndi – 5.57%
- Bakı – 5.06%
- Şərqi Zəngəzur – 4.81%
- Naxçıvan – 4.60%
MONETAR.AZ