Gənclər siyasəti və idmana ayrılan vəsait 2030-cu ilədək necə dəyişəcək?

Gənclər siyasəti və idmana ayrılan vəsait 2030-cu ilədək

Gənclər siyasəti və idman sektorunda büdcə xərclərinin ortamüddətli dövrdə dəyişməsi nəzərdə tutulur.

Monetar.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, təqdim olunan nəticəəsaslı büdcə cədvəlində bu sektor üzrə vəsaitlər sülh, ədalət və səmərəli institutlar, bərabərsizliyin azaldılması və digər dayanıqlı inkişaf məqsədləri ilə əlaqələndirilir.

Cədvəldə bərabərsizliyin azaldılması məqsədinə uyğunlaşdırılan vəsait 2027–2030-cu illərin hər birində 350 min manat göstərilir.

Bununla yanaşı, gənclər siyasəti və idman sektorunun ümumi xərc göstəricisi cədvəldə 2027-ci il üçün 68,5 milyon manat, sonrakı illər üçün isə 63,3 milyon manat səviyyəsində təqdim olunur.

Bu rəqəmlərə əsasən, 2028-ci ildə sektor üzrə xərclər 2027-ci illə müqayisədə təxminən 5,2 milyon manat və ya 7,6% azalır. 2028–2030-cu illərdə isə göstərici dəyişməz qalır.